UEFA Çempionlar Liqasının və Avropa Liqasının final matçları ilə bağlı yeni qərar qəbul edib
2018-2021-ci illərdə UEFA Çempionlar Liqasının və Avropa Liqasının final matçları eyni həftədə keçiriləcək.

Bu barədə qurumun İcraiyyə Komitəsi qərar qəbul edib.

Bu qərar hər iki qarşılaşmanın ölkədaxili yarışlar başa çatdıqdan sonra oynanılması məqsədilə qəbul olunub. 2018-2019-cu il mövsümündən etibarən Avropa Liqasının final oyunu çərşənbə günü - 2019-cu il mayın 29-da keçiləcək. Hər iki turnirin həlledici qarşılaşması indiki qaydada müxtəlif şəhərlərdə təşkil olunacaq.

Əvvəlki qaydaya əsasən, Avropa Liqasının final qarşılaşması Çempionlar Liqasının həlledici görüşündən on gün əvvəl keçirilirdi.

Bu mövsüm Avropa Liqasının həlledici görüşü mayın 24-də İsveçin Solna şəhərində, Çempionlar Liqasının final oyunu isə iyunun 3-də Uelsin paytaxtı Kardifdə oynanılacaq.

Gələn mövsüm final qarşılaşmaları müvafiq olaraq, mayın 16-da Fransanın Lion şəhərində və mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə oynanılacaq.

Xəbər 598 dəfə oxundu.