Cüdo üzrə Azərbaycan millisi Macarıstanda təlim-məşq toplanışındadır
Cüdo üzrə Azərbaycan millisi Macarıstana səfər edib.

Millimizin aparıcı üzvlərindən ibarət komandamız bu ölkənin Tata şəhərində təlim-məşq toplanışındadır.

Baş məşqçi Fərhad Məmmədovun rəhbərliyi ilə keçirilən toplanışda idmançılarımızdan Vüqar Şirinli (66 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Hidayət Heydərov (73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Tural Səfquliyev (90 kq), Elxan Məmmədov (100 kq), Elmar Qasımov (100 kq) və Uşaqi Kokauri (100 kq-dan yuxarı) iştirak edirlər.

Cüdoçularımızın Macarıstandakı təlim-məşq toplanışına aprelin 8-də yekun vurulacaq.


Xəbər 669 dəfə oxundu.