Futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın yarımfinal oyunlarının vaxtı və yeri müəyyənləşib | |
Futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın yarımfinal mərhələsinin cavab oyunlarının vaxtı və keçiriləcək stadionları müəyyənləşib. Aprelin 5-də günün ilk oyunu “Qəbələ” və “İnter” komandaları arasında oynanılacaq. Qarşılaşmaya saat 16:30-da Qəbələ şəhər stadionunda start veriləcək. Saat 19:30-da başlayacaq “Qarabağ”-“Neftçi” matçı isə Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Qeyd edək ki, ilk görüşlərdə “Qəbələ” komandası səfərdə “İnter”i 3:1, “Qarabağ” klubu isə “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib. |
|
Xəbər 654 dəfə oxundu. |
|
|