Ağdaşda voleybol üzrə zona yarışının qalibləri məlum olub
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Yeniyetmələrin XI Respublika Oyunlarının proqramına uyğun olaraq Ağdaş rayonunda təşkil olunan voleybol yarışları başa çatıb.

Ağdaş Olimpiya İdman Kompleksində keçirilən zona birinciliyində Gəncə, Ağdaş, Oğuz, Şəki, Qax, Tovuz, Şəmkir, Mingəçevir, Yevlax və Göygöl komandaları iştirak edib.

İki gün davam edən yarışda 2004-2005-ci il təvəllüdlü qızlar mübarizə aparıb və yüksək nəticə əldə edən Gəncə, Ağdaş, Şəki və Qax komandaları respublika birinciliyinin final mərhələsinə vəsiqə qazanıblar.

Xəbər 727 dəfə oxundu.