“İnter” komandası AZAL üzərində 2:1 hesablı qələbə qazanıb
Topaz Premyer Liqasının XXIV turunun ikinci oyununda “İnter” komandası AZAL üzərində 2:1 hesablı qələbə qazanıb.

“İnter Arena”da keçirilən görüşün ilk hissəsində hesab açılmayıb.

“İnter” komandası istəyinə ikinci hissənin əvvəlində - matçın 48-ci dəqiqəsində Denis Silvanın qolu ilə çatıb – 1:0. Qarşılaşmanın əsas vaxtına əlavə edilən hissədə daha iki qol qeydə alınıb. Əsas vaxta əlavə olunan hissənin 1-ci dəqiqəsində Rauf Əliyev hesab arasındakı fərqi iki topa çatdırıb. Lakin iki dəqiqə sonra AZAL-ın heyətində Nuqzar Kvirtiya vurulan qollardan birinin əvəzini çıxıb və matç “İnter”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

XXIV turdan sonra turnir cədvəlində üçüncü pillədə qərarlaşan “İnter”in aktivində 42 xal var. Hesabında 10 xal olan AZAL isə çempionatın sonuncu pilləsindədir.

Xəbər 576 dəfə oxundu.