“Kəpəz” hazırlığı tamamladı
Topaz Premyer LiqasınınXXIV turunda səfərdə “Qarabağ” ilə üz-üzə gələcək “Kəpəz” qarşıdakı oyunun hazırlıqlarını tamamlayıb. Komanda bu gün son məşqinə çıxıb. Hazırlıq prosesi matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda olub. Məşq təxminən 50 dəqiqə davam edib.

“Sarı-göylər”in heyətində zədəli olmasa da, itki var. Ağdam klubuna qarşı görüşdə cəzalılar – Nicat Qurbanov və Şəhriyar Rəhimov iştirak edə bilməyəcək.

Xəbər 580 dəfə oxundu.