Azərbaycanın 19 hakimi bədii gimnastika üzrə beynəlxalq imtahandan müvəffəqiyyətlə keçib
Bu ilin yanvarında Bakıda keçirilən bədii gimnastika üzrə beynəlxalq hakimlik kurslarının nəticələri açıqlanıb.

Azərbaycan Gimnastika Federasiyasından bildiriblər ki, kurslarda Azərbaycanı təmsil edən 20 hakimdən 19-u imtahandan müvəffəqiyyətlə keçib. Bununla da Azərbaycan təmsilçiləri ilk dəfə olaraq bir Olimpiya dövründə ən çox sayda hakimlik kateqoriyası əldə edib.

Hakimlik kurslarında ümumilikdə 17 milli federasiyanın təmsilçiləri iştirak ediblər.

Xəbər 1002 dəfə oxundu.