Güləş üzrə U-23 Avropa çempionatının beşinci günündə dörd güləşçimiz yarışacaq
Macarıstanın Sombateli şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Çempionatın beşinci günündə Azərbaycanın yunan-Roma güləşçiləri dörd 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar.

İdmançılarımızdan xalça üzərinə Murad Məmmədov (59 kq), İslambek Dadov (71 kq), Eltun Vəzirzadə (80 kq), Orxan Nuriyev (98 kq) çıxacaqlar.

Xəbər 573 dəfə oxundu.