“Aue” doğma meydanda “Sankt Pauli”ni qəbul edib
Almaniya II Bundesliqasında 26-cı turun oyunlarına start verilib.

Milli komandamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” komandası doğma meydanda “Sankt Pauli” ilə qarşılaşıb. Görüş “Aue”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Aue” 26 oyundan sonra aktivinə 26 xal yığmaqla, turnir cədvəlinin15-ci pilləsində yer alıb.

Xəbər 576 dəfə oxundu.