Güləş üzrə U-23 Avropa çempionatının dördüncü günündə üç qadın güləşçimiz yarışır
Macarıstanın Sombateli şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Çempionatın dördüncü günündə 53, 58, 63 və 75 kiloqram çəki dərəcələrində qadın güləşçilər mübarizə aparırlar. Azərbaycan güləşçiləri üç çəki dərəcəsində təmsil olunur. Xalça üzərinə Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (58 kq) və Elmira Qəmbərova (63 kq) çıxıblar.

Xəbər 575 dəfə oxundu.