AFFA-nın baş katibi FIFA-nın Minskdə keçirilən seminarında iştirak edir
Martın 30-da FIFA-nın təşkilatçılığı ilə Minskdə milli futbol assosiasiyaların baş katibləri və inkişaf menecerləri üçün seminar işə başlayıb.

Seminarda Assosiasiyanın baş katibi Elxan Məmmədov iştirak edir.

Seminara Belarus, Bolqarıstan, Estoniya, Ermənistan, Finlandiya, Gürcüstan, Qazaxıstan, Latviya, Litva, Moldova, Polşa, Rumıniya, Rusiya, Serbiya, Türkiyə və Ukrayna futbol federasiyalarının nümayəndələri qatılıblar.

Xəbər 597 dəfə oxundu.