Ağır atletlərimiz Tailandda VII dünya çempionatında iştirak edəcəklər
Ağır atletika üzrə Azərbaycan yığması aprelin 3-dən 10-dək Tailandın paytaxtı Banqkokda keçiriləcək yeniyetmələr arasında VII dünya birinciliyində iştirak edəcək.

Azərbaycan yığma komandasının heyətinə oğlanlardan İsmayıl Məmmədov və Elməddin Hüseynov (56 kq), Elvin Abdullayev (62 kq), Füqan Əliyev (69 kq), Tarmenxan Babayev (77 kq), Mayıl Şükürlü (85 kq), Ümidvar Bayramlı (94 kq), Həsənbəy Həsənzadə (+94 kq), qızlardan isə Səbinə Əzimova (48 kq) daxil edilib.

Qeyd olunub ki, çempionatda yüzə yaxın ölkədən 538 atlet (179 qız və 359 oğlan) iştirak edəcək. Bu çempionatda qalib gələn atletlər gələn il Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.

Xəbər 657 dəfə oxundu.