“Qarabağ” – “Kəpəz” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək
Topaz Premyer Liqasının XXIV turu çərçivəsində aprelin 2-də oynanılacaq “Qarabağ” – “Kəpəz” matçının keçiriləcəyi stadion dəyişdirilib.

“Azersun Arena”nın ot örtüyündə yaranan problemlə əlaqədar oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Qarşılaşma saat 18:30-də başlayacaq.

Xəbər 588 dəfə oxundu.