Yeniyetmələr arasında sambo üzrə Bakı birinciliyi keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Hövsan Olimpiya İdman Mərkəzində 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında sambo üzrə Bakı birinciliyi keçirilib.

Birincilikdə 11 çəki dərəcəsi üzrə 142 idmançı mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda qalib gələn yeniyetmə idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 1774 dəfə oxundu.