Bakı 2017 İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi mətbuat nümayəndələri üçün akkreditasiyadan keçmə müddətini uzatdı
12-22 May 2017-ci il tarixlərində Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi oyunlarını işıqlandırılmaq arzusunda olan media nümayəndələrinin akkreditasiyadan keçmə müddəti rəsmi olaraq uzadılmışdır.

Akkreditasiyadan keçmək üçün son tarix ilkin olaraq cümə günü, 31 mart tarixi seçilmişdir, lakin mətbuat nümayəndələri tərəfindən göstərilən böyük maraq və vaxtın uzadılması ilə bağlı çoxsaylı müraciətlər nəzərə alınaraq həmin tarix bazar günü, 9 aprel, günün sonunadək uzadıldı.

Məlumat üçün bildirək ki, akkreditasiya yazılı mətbuat, fotoqraflar və rəsmi yayım hüququ olmayan televiziya və radio şirkətləri üçün nəzərdə tutulur.

Bakı 2017 Oyunlarını işıqlandırmaqda maraqlı olan mətbuat nümayəndələrinə akkreditasiyadan keçmək üçün son tarixdən öncə müraciət etmələrini tövsiyə edirik, çünki həmin tarixdən sonrakı müraciətlər qəbul edilməyəcəkdir.

Media nümayəndələri baku2017.com saytının müvafiq bölməsinə daxil olaraq qeydiyyat prosesi barədə ətraflı məlumat toplayıb, akkreditasiya üçün müraciət edə bilərlər. https://www.baku2017.com/az/media/yerli-mtbuatin-akkreditasiya-prosesi

Bu bölmədə media nümayəndələri üçün akkreditasiyadan keçmək məqsədi ilə qoyulan tələblər, eyni zamanda oyunlar zamanı onlar üçün yaradılacaq şərait və təklif olunan xidmətlər barədə geniş məlumat yer alıb.

Akkreditasiya forması ilə bağlı müraciətinizi 9 aprel 2017-ci il tarixinədək bu ünvana göndərməyiniz xahiş olunur: pressoperations@baku2017.com

-SON-

Redaktorlara qeydlər:

Media akkreditasiyası:

IV İslam Həmrəyliyi Oyunları üçün media akkreditasiyasına müraciət üçün aşağıdakı linkə daxil olun: https://www.baku2017.com/az/p/media-akkreditasiyasi

Bakı 2017 İslam Həmrəyliyi Oyunları 2017-cu il may ayının 12- 22 tarixlərində Bakı, Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir.

Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növləri üzrə 23 kateqoriyada (Atletika və Para Atletika, Su İdmanı Növləri - Suya tullanma, Su idman növləri — Üzgüçülük, Su İdmanı Növləri -Vaterpolo, 3x3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cudo və görmə qabiliyyəti olmayanlar üçün cudo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır atletika) Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər.

Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülmüşdür.

İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə yaradılıb. Fərmana əsasən, Azərbaycanın Birinci Vitse Prezidenti Mehriban xanım Əliyeva dördüncü İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin Sədri təyin edilmişdir. Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyatlar Komitəsi (AİHOƏK) İHİF ilə əməkdaşlıqda Oyunları təşkil və

Xəbər 763 dəfə oxundu.