Azərbaycan və Türkiyə yığmaları İstanbulda üz-üzə gələcəklər
Bu gün İstanbulda 21 yaşadək futbolçulardan ibarət Türkiyə və Azərbaycan yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Recep Tayyip Erdoğan adına stadionda təşkil olunacaq qarşılaşma yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 18:00) başlayacaq.

Türkiyə Futbol Federasiyasının rəsmi saytının məlumatına əsasən, oyun NTV Spor kanalında canlı yayımlanacaq.

Xəbər 638 dəfə oxundu.