Şahbuz və Sədərək rayonlarında şahmat yarışları keçirilib
Şahbuz Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin təşkilatçılığı ilə tam orta məktəblərdə təhsil alan sağlamlıq imkanları məhdud şagirdlər arasında şahmat yarışı təşkil olunub.

İsveçrə sistemi üzrə keçirilən yarışın qalibi 4,5 xal toplayan Şıxı Şıxıyev olub. Fatimə Yusifli (4 xal) ikinci, Qurban Məmmədov isə (3,5 xal) üçüncü yeri tutublar.

Digər bir şahmat turniri isə Sədərək rayonunda keçirilib. Rayon Şahmat Məktəbində təşkil olunan yarışda 40-dan çox idmançı mübarizə aparıb. Oğlanlar arasında birinciliyi Nicat Əlizadə əldə edib. Gökan Hüseynov ikinci, Murad Rzazadə isə üçüncü yerə layiq görülüblər. Qızların mübarizəsində isə Salatın Baxşıyeva hamıdan güclü olub. Digər iki pillədə isə Şəfayət Bayramlı və Aygün Dünyamalıyeva qərarlaşıblar.

Sonda hər iki turnirin qaliblərinə diplomlar təqdim edilib.

Xəbər 708 dəfə oxundu.