Astaralı idmançı Tbilisi şəhərində Dünya kuboku yarışında birinci yeri tutub
Astaralı idmançı İbrahim Məmmədov Gürcüstanın paytaxtı Tbilisi şəhərində qarışıq döyüş idman növləri üzrə Dünya kuboku yarışında 70 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Astara Rayon Gənclər və İdman İdarəsində beynəlxalq yarışın qalibi və onun məşqiçisi, budo döyüş növləri üzrə V dan qara kəmər sahibi Ramiq Rəhmanovla görüş keçirilib.

Rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev beynəlxalq yarışda birinci yeri tutmuş İbrahim Məmmədovu və onun məşqçisini qazanılan uğur münasibətilə təbrik edərək ölkəmizdə, o cümlədən Astarada dövlət gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurları dövlətimizin başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğının məntiqi nəticəsi kimi dəyərləndirib.


Xəbər 1138 dəfə oxundu.