Qol güləşi idman növü üzrə VIII ölkə çempionatında yüzdən çox idmançı iştirak edib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında qol güləşi üzrə VIII ölkə birinciliyi keçirilib.

Yarışda 16 regionu, o cümlədən Bakı və Sumqayıt şəhərlərini, Abşeron, Ağdam, İsmayıllı, Qazax, Xaçmaz, Şamaxı və digər rayonları təmsil edən yüzdən çox gənc və yeniyetmə idmançı iştirak edib.

Ölkə birinciliyinin qalibləri diplom və medallarla təltif olunub.


Xəbər 2023 dəfə oxundu.