Azərbaycanlı gimnastika hakimləri yeni dərəcələr alıblar
Tbilisidə keçirilən batut, tamblinq və ikili mini batut üzrə beynəlxalq hakimlik kurslarının nəticələri açıqlanıb.

Kurslarda iştirak etmiş Azərbaycan təmsilçiləri Kamil Quliyev batut gimnastikası üzrə 4-cü, Abdulla Qasımov tamblinq üzrə 4-cü, Adil Hüseynzadə isə tamblinq üzrə 3-cü hakimlik dərəcəsini əldə ediblər.

Bu kateqoriyalar hazırki Olimpiya dövrü ərzində (2017-2020) qüvvədə olacaq.

Xəbər 1097 dəfə oxundu.