Güləş hakimlərimiz beynəlxalq seminarda iştirak ediblər
Bolqarıstanın paytaxtı Sofiyada Dünya Güləş Birliyinin hakimlər üçün I-S kateqoriyalı beynəlxalq seminarı keçirilib.

Seminarda Azərbaycanı I-S kateqoriyalı beynəlxalq hakimlər Hicran Şərifov və Asif Şirəliyev təmsil ediblər.

Dünyanın müxtəlif ölkələrindən I-S kateqoriyalı 100-dən artıq hakimin iştirak etdiyi seminarda güləş qaydalarında nəzərdə tutulan dəyişikliklər barədə nəzəri məlumatlar verilib və xalça üzərində praktiki təlimlər keçirilib.

Üç gün davam edən seminar zamanı müzakirə olunan qayda dəyişiklikləri qarşıdan gələn yarışlarda sınaqdan keçiriləcək.

Xəbər 533 dəfə oxundu.