Aleksandr Starkov istefaya göndərildi
"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov və baş məşqçi Aleksandr Starkov arasında görüş keçirilib. İdman.com.az saytının xəbərinə görə, geniş mövzuların müzakirə olunduğu toplantının nəticəsi kimi mühim qərar qəbul edilib.

“Bakı” komandası ilə Aleksandr Starkov arasında əldə olunmuş qarşılıqlı razılıq əsasında, mütəxəssisin müqaviləsinə xitam verilib.
Latviyalı çalışdırıcı 2011-ci ilin yanvarından "ağ-göylər"in sükanı arxasına keçmişdi. Hazırda baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq komandanın məşqçisi Novruz Əzimova tapşırılıb.

Xəbər 1267 dəfə oxundu.