Azərbaycan triatlonçusu Avropa kubokunun qızıl medalını qazanıb
Azərbaycan triatlon komandasının üzvü Rostislav Pevtsov İspaniyanın Las-Palmas şəhərində təşkil olunan Avropa kuboku yarışlarında qızıl medal qazanıb.

Təmsilçimiz 72 idmançının mübarizə apardığı kişilər arasında keçirilən triatlon yarışında 1 saat 50 dəqiqə 42 saniyə nəticə göstərərək Avropa kubokunun qalibi olub. R.Pevtsov ən yaxın izləyicisi isveçrəli Adrien Briffodu 17 saniyə qabaqlayıb. Turnirdə üçüncü yeri 1 saat 51 dəqiqə 39 saniyə nəticə ilə ispaniyalı idmançı Uxio Abuin Ares tutub.

Qadınların mübarizəsində isə komandamızın üzvü Kseniya Levkovskaya 2 saat 10 dəqiqə 27 saniyəlik nəticə ilə 17-ci olub.

Azərbaycan komandası yarışda baş məşqçi Sergey Yatsenkonun rəhbərliyi ilə təmsil olunub.

Qeyd edək ki, Avropa kubokundan sonra milli komandamız Las-Palmasda təlim-məşq toplanışlarında olacaq.

Xəbər 1685 dəfə oxundu.