Sərbəst güləşçilərimiz hazırlıqlarını Kislovodskda davam etdirirlər
Güləş yığmalarımız 2017-ci ilin təqvim planına uyğun olaraq qarşıdan gələn yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarını davam etdirir.

Sərbəst güləş üzrə yığma komandamız Rusiya Federasiyasının Kislovodsk şəhərində təlim-məşq toplanışındadır.

Yığma komandanın baş məşqçisi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov və Sadruddin Ayqubovun rəhbərliyi altında yığma komandanın 25 üzvü Kislovodskda hazırlıq keçir.

Təlim-məşq toplanışı aprelin 1-dək davam edəcək. Toplanışdan sonra yığma komandamızın üzvləri Bolqarıstanda keçiriləcək Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.

Xəbər 681 dəfə oxundu.