Millimizin sabiq baş məşqçisi Berti Foqts Almaniya televiziyasında ekspert kimi çıxış etmək üçün Bakıdadır
Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts Bakıya gəlib.

Məqsəd dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin Almaniya yığması ilə martın 26-da Bakıda təşkil olunacaq oyununu yayımlayacaq Almaniya televiziyasında ekspert qismində çıxış etməkdir.

Qeyd edək ki, martın 24-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında qurumun baş katibi Elxan Məmmədov almaniyalı məşqçi ilə görüşüb.

Xəbər 657 dəfə oxundu.