Azərbaycanın U-19 millisi Krasnodar vilayətinin yığma komandasına qalib gəlib
Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan millisi Rusiyanın Soçi şəhərində təşkil olunan "Kuban baharı" turnirində Krasnodar vilayətinin yığma komandası ilə qarşılaşıb.

Qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmamızın qollarını Merve Özdemir və Vüsalə Seyfətdinova vurublar.

Xəbər 546 dəfə oxundu.