Bakıda kempo üzrə ikinci Asiya oyunları təşkil olunacaq
Martın 25-26-da Bakıda, Şağan Olimpiya İdman Kompleksində kempo üzrə ikinci Asiya oyunları təşkil ediləcək.

Yarış Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Şurasının razılığı, Beynəlxalq Kempo Federasiyasının ölkəmizdə səlahiyyətli nümayəndəsi "Toğrul" şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun təşkilatçılığı ilə keçirilir. Yarış Kempo Full, Kempo Submişn Gi, Submişn NoGi, Semi, Self Defens, Kata versiyaları üzrə keçiriləcək.

Yarışın rəsmi açılış mərasimi martın 25-də saat 14.30-da Şağan Olimpiya İdman Kompleksində olacaq. Yarışda Əfqanıstan, Hindistan, Çin, Pakistan, Gürcüstan, Qazaxıstan və İran idmançılarının iştirakı gözlənilir.

Birinci Asiya oyunları keçən il Hindistanda keçirilib. Azərbaycan bu tədbiri ikinci olaraq öz üzərinə götürüb. Bu yarış Asiya kempoçuları arasında olan dostluq və əməkdaşlıq münasibətlərinə kömək edəcək.

Xəbər 579 dəfə oxundu.