Bacılar qələbə qazandılar
Türkiyənin Qaziantəp şəhərində qalınlar arasında Avropa çempionatının 8-ci turu keçirilib. İdman.com.az saytının məlumatına görə, ukraynalı Anna Uşenina ilə heç-heçə oynayan Gülnar Məmmədova xalını 4,5-ə çatdırıb. Çexiyalı Martina Mareçkovaya qalib gələn Zeynəb Məmmədyarovanın 4 xalı var. İtaliyalı Yelena Sedina ilə heç-heçə oynayan Nərgiz Umudova, isveçrəli Kamila de Seroya qalib gələn Nərmin Kazımova və portuqaliyalı Marqarita Koimbranı yenən Türkan Məmmədyarova hərəyə 3,5 xala malikdirlər.

Xəbər 1105 dəfə oxundu.