Dördüncü İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri ustad dərsləri keçiblər
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri “Domestic Grassroots” proqramı çərçivəsində üç idman növü üzrə ustad dərsləri keçiblər.

Azarkeşlər ustad dərslərində iştirak etmək üçün IV İslam Həmrəyliyi Oyunlarının rəsmi “Facebook” səhifəsində verilən suallara düzgün cavab taparaq tədbirə qatılmaq imkanı qazanıblar. Həmçinin ustad dərslərinə hər bir idman növü üzrə yeniyetmə atletlər də qatılıblar.

İdmançı səfirlər tərəfindən ilk ustad dərsi cüdoçularımız Rüstəm Orucov və Elmar Qasımovun iştirakı ilə təşkil olunub. Növbəti görüş güləşçi Hacı Əliyev tərəfindən Olimpiya Güləş Mərkəzində keçirilib. Futbolçu Ruslan Abışov tərəfindən isə ustad dərsi “Bayıl Arena”da baş tutub.

Ustad dərslərinin sonunda bütün iştirakçılar sertifikat alıblar.

İdmançılar Elmar Qasımov və Rüstam Orucov “Grassroots” proqramı çərçivəsində bu tipli layihələrin davamlı olacağını qeyd ediblər.

Ustad dərslərinin məqsədi “Bakı-2017”-nin idmançı səfirlərini azarkeşləri ilə görüşdürmək, bununla da yeniyetmə və gənc idmançılara karyeralarında dəstək verməkdir.


Xəbər 593 dəfə oxundu.