Kişi həndbolçularımız beynəlxalq turnirə dəvət alıblar
Aprelin 10-dan 16-dək Ukraynanın Zaparoje şəhərində həndbol üzrə beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Həndbol Federasiyasından bildirilib ki, kişilərdən ibarət yığma komandamız beynəlxalq turnirdə iştirak etmək üçün dəvət alıb.

Yarışda iştirak IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi daşıyır.

Xəbər 787 dəfə oxundu.