UEFA Avropa Liqasının dörddəbir final mərhələsində qarşılaşacaq rəqiblər müəyyənləşib
Martın 17-də İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb.

Yarışın bu mərhələsində 7 ölkə təmsilçisi çıxış edir. Dörddəbir finalda yalnız Belçika 2 komanda ilə təmsil olunacaq.

Püşkün nəticəsi aşağıdakı kimidir:

Anderlext” (Belçika) - “Mançester Yunayted” (İngiltərə)

“Selta” (İspaniya) - “Genk” (Belçika)

“Ayaks” (Hollandiya) - “Şalke” (Almaniya)

“Lion” (Fransa) - “Beşiktaş” (Türkiyə)

Dörddəbir final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab qarşılaşmaları isə 1 həftə sonra keçiriləcək.

Xəbər 636 dəfə oxundu.