AFFA-nın baş katibi Kiprdə seçki proqramını təqdim edib
AFFA-nın baş katibi Elxan Məmmədov Kiprdə UEFA-nın təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edib.

UEFA İcraiyyə Komitəsinə namizədliyi irəli sürümüş AFFA-nın baş katibi Elxan Məmmədov öz seçki proqramını təqdim edib.

Namizədliyi irəli sürülmüş Zbigniev Boniek (Polşa), Kairat Boranbayev (Qazaxıstan), Con Delaney (İrlandiya), Armand Duka (Albaniya), Reinhard Grindel (Almaniya), Marios N. Lefkaritis (Kipr), Karl-Erik Nilsson (İsveç), Kieran O’Konnor (Uels), Miçele Uva (İtaliya), Miçael van Praagın (Niderland) da iştirak etdiyi tədbirdə namizədlər seçki proqramı ilə bağlı ətraflı çıxış ediblər.

Tədbir, həmçinin Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Kipr, Makedoniya, Rusiya, Kosovo, Serbiya, Sloveniya, Türkiyə və Yunanıstan futbol federasiyalarının nümayəndələrinin iştirakı ilə keçirilib.

Sonda UEFA nümayəndələri tərəfindən danışılmış oyunlarla bağlı çıxış və müzakirələr aparılıb, milli assosiasiyalara bu cür hallarla daha ciddi mübarizə aparılması tövsiyə olunub.

Xəbər 680 dəfə oxundu.