UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb
Martın 17-də İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb.

Püşkün nəticələrinə əsasən, azarkeşlər iki erkən final oyunu izləyə biləcəklər. Belə ki, “Real Madrid” klubu Münxenin “Bavariya” komandasına rəqib olub. “Barselona” isə “Yuventus” ilə qarşılaşacaq. Bundan başqa, “Atletiko Madrid” klubu “Lester Siti”, Dordmundun “Borussiya” komandası isə “Monako” ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin oyunları aprelin 11-də və 12-də, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək.

Çempionlar Liqasının final matçı Uelsin paytaxtı Kardifdə oynanılacaq.

Xəbər 687 dəfə oxundu.