Rəşad Sadıqov: Uduzmaq olmaz
“Bizi “Xəzər Lənkəran”la çətin oyun gözləyir. “Altılığ”ın ilk matçıdır. Ağır qarşılaşma olacaq ”. İdman.com.az saytının məlumatına görə, bu sözü apasport.az-a “Qarabağ” klubunun futbolçusu Rəşad Sadıqov deyib.

Təcrübəli müdafiəçi Unibank Premyer Liqasının XXIII turunun “Xəzər Lənkəran”la sabah keçiriləcək ev oyunu haqda fikirlərini açıqlayıb. Onun fikrincə, komandasının çempionatda 8, ümumilikdə 9 oyunluq “quru” seriyasını davam etdirməsi asan olmayacaq: “Çünki bütün seriyalar gec-tez, nə vaxtsa qırılır. Bizim üçün də ən əsası bu seriya yox, qələbə qazanmaqdır. Bunu bacarsaq rəqibimizə çatacağıq. Lakin ən vacibi məğlub olmamaqdır”.

Sadıqov bildirib ki, “altılığ”ın ilk oyunu olduğundan, uduzmaq olmaz: “Uduzsaq, 3-cü yerdən 6 xal uzaq düşürük və mükafatçılar sırasına düşmək şanslarımız azalır. Qarşıda hələ ağır oyunlar. Ona görə də ilk matçda daha çox məğlub olmamağa çalışacağıq. Çünki hər xal vacibdir. Düzdür, “Xəzər Lənkəran”a son oyunlarda qalib gələ bilmirik. Lakin futbolda belə şeylər çox olur ki, bir komanda digərinə müəyyən müddət qalib gələ bilmir. Bir müddət əvvələdək biz “Xəzər Lənkəran”la görüşlrədə seriyaya malik idik”.
Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Xəzər Lənkəran” oyunu saat 15:00-da başlayacaq.

Xəbər 1034 dəfə oxundu.