Yunan-Roma güləşi üzrə millimiz dünya kuboku yarışlarına qələbə ilə başlayıb
Martın 16-da İran İslam Respublikasının Abadan şəhərində böyüklər arasında yunan-Roma güləşi üzrə dünya kuboku yarışları start götürüb.

Yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə “B” yarımqrupunda mübarizə aparır.

Komandamız yarışa qələbə ilə başlayıb. Türkiyə yığması ilə qarşılaşan millimiz rəqibini 5:3 hesabı ilə məğlub edib.

Yarışın proqramına əsasən, martın 16-da qrup görüşləri keçirilir. Qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcəklər.

Xəbər 828 dəfə oxundu.