“Kəpəz” Sumqayıt klubu ilə oyunun hazırlığına başladı
Topaz Premyer Liqasının XXII turu çərçivəsində “Zirə” ilə keçirilən oyundan (1:0) sonra bir gün istirahət edən “Kəpəz”in üzvləri bu gün məşqləri bərpa edib. Komanda qarşıdakı turda görüşəcəyi “Sumqayıt” ilə oyuna Bakıda hazırlaşır. “Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında məşq edir.

“Kəpəz”in bu günə olan məşqi saat 15:00-a təyin olunub.

Hazırlıq planına əsasən, komanda oyun öncəsi sonuncu məşqini martın 17-də saat 16:00-da Gəncə şəhər stadionunda keçirəcək.

Gəncə klubunun heyətində zədəli futbolçu yoxdur.

Xəbər 834 dəfə oxundu.