Azərbaycanlı hakimlər “Challenge Cup” yarışlarına təyinat alıblar
Azərbaycan Həndbol Federasiyasının (AHF) hakimləri Vaqif Əliyev və Ələkbər Ağakişiyev kişilər arasında “Challenge Cup” yarışlarına təyinat alıblar.

Federasiyadan bildirilib ki, beynəlxalq dərəcəli hakimlərimiz aprelin 1-də Slovakiyanın Sala şəhərində “HKM Sala” (Slovakiya) və “JMS Hurry-Up” (Hollandiya) komandaları arasında baş tutacaq görüşü idarə edəcəklər.

Xəbər 950 dəfə oxundu.