Bakıda kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kursları təşkil olunub
Bakıda kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kursları təşkil olunub.

Azərbaycan Gimnastika Federasiyasından bildiriblər ki, seminarda iştirak edən Azərbaycan təmsilçiləri Xəlil Hüseynov, Əhməd Ağayev 3-cü, Uğur Xəlilbəyli və Şakir Şıxaliyev isə 4-cü hakimlik dərəcəsinə layiq görülüblər.

Kişi idman gimnastikası üzrə azərbaycanlı hakim Rza Əliyev ən yüksək - 1-ci dərəcəli beynəlxalq hakimlik kateqoriyasının sahibidir.

Bu kateqoriyalar hazırkı Olimpiya dövrü (2017-2020-ci illər) ərzində qüvvədə olacaq.

Xəbər 1136 dəfə oxundu.