Qadın həndbolçularımızın təlim-məşq toplanışı başlayır
Martın 15-də qadınlardan ibarət həndbol üzrə Azərbaycan milli komandası Mingəçevirə yollanıb.

Həndbolçularımız “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşq toplanışı keçirəcək.

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışına martın 26-da yekun vurulacaq.

Xəbər 683 dəfə oxundu.