Cüdo üzrə milli komandalarımızın yeni idman geyimləri təqdim olunub
Martın 15-də Azərbaycan Cüdo Federasiyasında kişilərdən ibarət milli komandamızın üzvləri ilə görüş keçirilib.

Görüş zamanı milli komandalarımızın yeni məşq və idman geyim dəstləri cüdoçulara nümayiş olunub.

Daha sonra məşqçi, idmançı və texniki heyətə yeni geyim formaları təqdim edilib.

Federasiya rəhbərliyi cüdoçularımıza qarşıdan gələn yarışlarda yeni uğurlar qazanmağı arzulayıb.

Xəbər 943 dəfə oxundu.