Məktəblilər arasında Basketbol oyununa maraq göstərənlərin sayı artır
Son illər sürətli inkişaf xətti ilə seçilən Azərbaycan idman federasiyalarından biri də Azərbaycan Basketbol Federasiyasıdır. Mütəmadi yarışlar və səfərlərlə Azərbaycan basketbolçuları beynəlxalq arenada öz sözünü deyir.

Basketbol idman növünün yeniyetmələr arasında tanıdılması və təbliği üçün “Olympic Moves” məktəblilərin proqramı öz dəstəyini göstərir. Belə ki, proqrama daxil olan 5 idman növündən biri də məhz basketboldur. Öz növbəsində Azərbaycan Basketbol Federasiyasının məşqçi və hakimlərindən ibarət komandası da “Olympic Moves” çərçivəsində şagirdlərə basketbol oyunun qaydalarını izah edir, oyunların təşkilinsə yaxından iştirak edirlər.

“Olympic Moves” proqramına 2017-ci ildə Bakı, Göygöl, Sumqayıt və Gəncə şəhərlərindən ümumilikdə 400-dən çox məktəb cəlb olunub. “Olympic Moves” proqramı Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Olimpiya oyunlarının ümümdünya tərəfdaşı “Coca-Cola” şirkətinin dəstəyi ilə həyata keçirilir. Proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərə sağlam və aktiv həyat tərzinin təşviqində əhəmiyyətli rol oynayır. Məktəblilər 5 idman növü olan voleybol 2x2, basketbol 3x3, badminton, atletika və velosiped idman növü üzrə mübarizə aparırlar.

Azərbaycan Basketbol Federasiyasının idman direktoru Vüqar Əzimov “Olympic Moves” çərçivəsində məktəblilərin baksetol idman növünə marağından danışıb. Həmin video sujeti sizə təqdim edirik: http://bit.ly/2mHHe32

Xəbər 1475 dəfə oxundu.