Robert Prosineçki: Almaniya ilə qarşılaşma bizim üçün qrupda ən asan oyun olacaq
Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin Almaniya ilə matçı qrupda bizim üçün ən asan oyun olacaq.

Bu sözləri futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

Xorvatiyalı baş məşqçi bildirib: “Rəqib dünyanın ən güclü komandalarından biridir. O, təkcə qrupumuzun favoriti deyil, həm də dünya çempionudur. Heyətdəki futbolçular ən güclü klublarda oynayırlar. Buna görə də üzərimizdə təzyiq yoxdur. Əksinə, təzyiq növbəti matçlarda daha çox olacaq”.

Xəbər 931 dəfə oxundu.