Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək
Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək. “Boulevard Hotel”də baş tutacaq tədbir saat 10:00-da başlayacaq.

Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.

AFFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil ediləcək:

- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- Digər məsələlər

Xəbər 637 dəfə oxundu.