Özbəkistanın kun.uz portalı IV İslam Həmrəyliyi Oyunlarından bəhs edib
Özbəkistanın kun.uz portalında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı rus dilində geniş məqalə yerləşdirilib.

Məqalədə bildirilir ki, 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri təyin edilib.

Qeyd olunub ki, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə təxminən iki ay vaxt qalır. Hazırda Oyunların keçirilməsi ilə əlaqədar genişmiqyaslı hazırlıq işləri görülür. Bu mühüm yarışlarda təxminən 5 mindən çox idmançının iştirakı gözlənilir.

Diqqətə çatdırılıb ki, Oyunlarda 1,5 milyard əhalisi olan 57 ölkədən idmançıların iştirakı gözlənilir. Bu idman bayramında İslam dininin sülh, mərhəmət, dostluq və qardaşlıq dəyərləri geniş təbliğ olunacaq.

AZƏRTAC

Xəbər 628 dəfə oxundu.