“Qarabağ” komandası “AZAL”ı 1:0 hesabı ilə məğlub edib
Martın 14-də Topaz Premyer Liqasının XXII turunun ikinci günündə “Qarabağ” komandası çempionatın autsayderi olan “AZAL” klubunu 1:0 hesabı ilə məğlub edib.

“Azərsun Arena”da keçirilən oyunu baş hakim Rəhim Həsənov idarə edib.

Oyunun ilk hissəsində “Qarabağ” rəqib komandanın qapısı qarşısında təhlükəli vəziyyət yaratsa da, bu imkandan yararlana bilməyib. Ağdamlılar oyunun taleyini yalnız matçın 68-ci dəqiqəsində həll ediblər. Dino Ndlov “Qarabağ”ı hesabda irəli çıxarıb. Qalan dəqiqələrdə oyunda əlavə qol olmayıb və matç “Qarabağ” komandasının qələbəsi ilə başa çatıb -1:0.

Bu oyundan sonra “Qarabağ” komandası xallarının sayını 48-ə çatdırıb. Çempionatın lideri “Qəbələ” komandası turun sonuncu görüşündə Bakıda “Neftçi”yə qalib gələ bilməsə, “Qarabağ” turnir cədvəlində birinci sıraya yüksələcək.

Xəbər 556 dəfə oxundu.