Hacı Əliyev yeniyetmə idmançılara master-klass keçib
IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri, Rio Olimpiadasının bürünc medalçısı və ikiqat dünya çempionu Hacı Əliyev “Bakı-2017”nin “Domestic Grassroots” proqramı çərçivəsində Olimpiya Güləş Mərkəzində gənc idmançılar və idmana həvəsi olan gənclərə güləş üzrə master-klass keçib.

Master-klaslar “Domestic Grassroots” proqramının əsas layihələrindən biridir. Master-klaslar idmançı səfirlərimizin yeniyetmə və gənc idmançıları həvəsləndirmək, onlara idman karyeralarında dəstək vermək məqsədi daşıyır.

Master-klas zamanı gənc idmançılar və idmanla maraqlanan yeniyetmələr və həvəskarlar idmançı səfirin praktik məsləhətlərindən yararlanıblar.

Xəbər 551 dəfə oxundu.