3x3 basketbol üzrə yığma komandaların beynəlxalq reytinq cədvəli açıqlanıb
3x3 basketbol üzrə yığma komandaların beynəlxalq reytinq cədvəli açıqlanıb.

180 ölkənin yığma komandasının yer aldığı reytinqdə millimiz 45-ci pillədə qərarlaşıb. Milli komandamızın aktivində 2,946,150 xal var. Millimiz Avropa ölkələri arasında 28-ci yerdədir.

Reytinq cədvəlinə 24,988,725 xalla Serbiya başçılıq edir. Sloveniya millisi ikinci, Polşa isə üçüncü yerdə qərarlaşıb.

Xəbər 798 dəfə oxundu.