"Qəbələ" nin daha bir futbolçusu matçda iştirak etməyəcək
Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində bu gün “Neftçi” ilə qarşılaşacaq “Qəbələ” nin daha bir futbolçusu Rəşad Sadiqov zədə səbəbindən matçda iştirak edə bilməyəcək.

Vitali Vernidub, Rasim Ramaldanov və Elvin Camalovun ardınca təcrübəli yarımmüdafiəçinin də “Neftçi” ilə matçı buraxacağı müəyyənləşib. Belə ki, Sadiqov dünənki məşq prosesində ayağından xəsarət alıb. Məşqçilər korpusu onunla bağlı risk etmək istəmir. Bu səbəbdən Sadiqovun “ağ-qaralar”la görüşü buraxmasına qərar verilib.

Qeyd edək ki, 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Qəbələ” matçı saat 20:00-da start götürəcək.

Xəbər 585 dəfə oxundu.