"Çelsi" klub tarixində yeni rekorda imza atıb
“Çelsi” klub tarixində yeni rekorda imza atıb.

Londonlular buna İngiltərə Federasiya Kubokunun 1/4 final mərhələsində “Mançester Yunayted”lə keçirilən görüşdə nail olublar.

Belə ki, Nqolo Kantenin yeganə qolu sayəsində yarımfinala adlayan “zadəganlar” bütün turnirlərdə öz meydanlarında keçirdikləri ardıcıl 13-cü qələbələrini qazanıblar. Bunun 8-də quru hesabla qalib gələn paytaxt təmsilçisi həmin 13 matçda 39 qol vurub, qapısında 6 top görüb. “Çelsi” “Stemford Bric”də son məğlubiyyətini ötən il sentyabrın 16-da Premyer Liqada “Liverpul”la (1:2) görüşdə alıb.


Xəbər 676 dəfə oxundu.