Kyokuşin karate üzrə Bakı çempionatı keçirilib
Kyokuşin karate üzrə Hövsan Olimpiya İdman Kompleksində Bakı çempionatı keçirilib.

Yarışın açılış mərasimində Kyokuşin Karate Federasiyasının vitse-prezidenti Allahverdi Rüstəmov turnirin əhəmiyyətindən danışıb, idmançılara uğurlar arzulayıb.

Çempionatda 50 çəki dərəcəsində 300-dək idmançı mübarizə aparıb.

Qaliblər federasiya tərəfindən mükafatlandırılıb.

Xəbər 768 dəfə oxundu.